Bakıda daş sexindən 10 min manatlıq daş kəsən mişarlar oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.