"Azərkosmos"un Strategiya və biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışan Natəvan Həsənova uğurlarından danışıb. 

"Unikal" xəbər verir ki, azərbaycanlı xanım barədə "Euronews" məlumat yayıb. 

Natavan Həsənova bildirib ki, o, valideynlərinin arzuladığı kimi fortepiano müəllimi olmaq əvəzinə iqtisadiyyat sahəsində təhsil alıb.

Kosmik sektorda beynəlxalq lider olmaq vizyonu ilə çıxış edən Natəvan Beynəlxalq Kosmik Universitetində əlavə təhsil alaraq gənc qadınlara mentorluq edir, onları kosmosla bağlı sahələri kəşf etməyə həvəsləndirir.

Ağarza Elçinoğlu