Bu il Azərbaycanda ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb.
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbirdə bildirib.
Ş.Məmmədova qeyd edib ki, 2023-cü ildə isə ekoloji hüquqpozma faktları üzrə 133 cinayət işi başlanılıb.
“2023-cü ildə 41 təqdimat göndərilib. Eyni zamanda, 2023-cü ildə 2 milyon 655 min manat dövlət büdcəsinə ziyan ödənilib”.
Şəbnəm Məmmədova xatırladıb ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ötən ay Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları ağacəkmə kampaniyası çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1500-dən çox ağac əkilib.