2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.
"Unikal"ın məlumatlarına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib.
O qeyd edib ki, həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Onun sözlərinə görə, 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
Ş.Şahverdiyev həmçinin diqqətə çatdırıb ki, narkotik vasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsi, onların icazəsi olmadan üzlərinin göstərilməsi doğru deyil.