Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb.
Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məqsəd Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə verməkdir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 20 000 ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.