Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı rayonun Uzunoba kəndi  ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.