Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçası nəzarətə götürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. 

Məlumatda deyilir:

"Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıyıq. 

Hal-hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. 

İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".