Kann və Fransanın digər festivallarında 200-ə qədər işçi kinofestivalın təşkilatçılarını tətillə hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə "Deadline" xəbər verir.
Etirazçılar arasında proyeksiyaçılar, mətbuat işçiləri, altyazı müəllifləri, inzibati və texniki işçilər var. Onlar maaşların azlığından şikayətlənirlər.
Qeyd edək ki, mayın 14-də 77-ci Kann Film Festivalı açılır. Əsas münsiflər heyətinə beşi qadın olmaqla doqquz rejissor daxildir. Şouya amerikalı rejissor Qreta Gerviq (“Barbie”) rəhbərlik edəcək.