Amerikalı müğənni Madonnanın Braziliyanın Rio-de-Janeyro çimərliyində keçirilən konsertini 1,6 milyon insan izləyib.
"Unikal" xarici mediaya isitnadən xəbər verir ki, bu, "Celebration World Tour"un yekun konserti idi və giriş sərbəst olub.
Nəşrin məlumatına görə, ziyarətçilər təkcə Kopakabana çimərliyini deyil, həm də ona bitişik şəhər küçələrinə toplaşıblar.
Hətta, bəzi pərəstişkarlar çıxışdan bir neçə gün əvvəl öz yerlərini tutublar. Eyni zamanda, daha zəngin fanatlar konserti yaxtalardan və ya adıçəkilən ərazidəki mənzillərin eyvanlarından izləyiblər.
Rəsmi məlumata görə, tədbirin təşkilinə təxminən 20 milyon real xərclənib. Qalan xərclər özəl investorlar tərəfindən ödənilib.
Aydınlaşdırılır ki, ilkin hesablamalara görə, konsert Rio-de-Janeyro iqtisadiyyatına təxminən 300 milyon real cəlb edib.