Yevlax rayon sakini dələduzluq faktına görə Lənkəranda saxlanılıb.
"Unikal"ın verdiyi məlumata görə Lənkəran şəhəri ərazisində lotoreya satışı ilə məşğul olan obyektlərdən daxil olmuş müraciətlər əsasında Lənkəran polisinin keçirdiyi tədbirlər nəticəsində Yevlax rayon sakini əvvəllər məhkum olunmuş Ağəli Əliyev saxlanılıb. Məlum olub ki, həmin şəxs lotoreya satılan 2 mağazaya özünün əvvəlcədən hazırladığı saxta "uduşlu" lotoreyaları təqdim edərək müxtəlif məbləğlərdə uduş məbləğləri alıb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitə aludəçisi olduğu da aşkarlanıb.
A.Əliyevin hazırda respublikanın digər şəhər və rayonlarında da analoji əməli törətməsi araşdırılır.