"Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm”.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Cıdır düzündən yayımladığı videomüraciətində deyib.

Səfir bildirib ki, bu səfərə iki aya yaxın müddətdə hazırlıq görülüb: “Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm".