Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı ərazi partiya təşkilatları sədrlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan dəyirmi masa keçirib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov və Milli Məclisin deputatı Jalə Əhmədova və digərləri çıxışlarında tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıblar. Vurğulanıb ki, Azərbaycan tarixinin bütöv bir dövrü dahi şəxsiyyət Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz tarixi uğurlara imza atıb. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.