Avropa İttifaqı amerikalı aktyor və rejissor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni irs üzrə xüsusi nümayəndəsi Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Brüsselin "EUobserver" portalı məlumat yayıb.
Rusiya kökləri olan Siqal 2016-cı ildə Rusiya Federasiyasının vətəndaşı olub, 2018-ci ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Moskva və Vaşinqton arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi təyin olunub.