"Barselona" yay transfer pəncərəsində cəmi 4 futbolçunu - qapıçı Mark-Andre Ter Stegen, müdafiəçi Pau Kubarsi, yarımmüdafiəçilər Qavi və Lamin Yamalı satmağı düşünməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Kataloniya klubu digər futbolçular üçün sərfəli təklifləri də nəzərdən keçirəcək.

"Barselona"nın maliyyə vəziyyətini düzəltmək üçün Ronald Araujo, Frenki de Yonq, Rafinya və Jül Kundanı da satacağı gözlənilir.

Ağarza Elçinoğlu