Tavuşda demarkasiya prosesi dayandırılmayıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni deputat Vahe Qalumyan bildirib.
Deputat Kirantsda sakinlər tərəfindən təqdim olunan mülkiyyət sertifikatlarını müqayisə etmək üçün prosesin bir müddət dondurulduğunu açıqlayıb: "Onlar sərhəd məntəqələrindəki postlarla müqayisə edilməlidir. Söhbətin nə qədər mülkiyyət sənədindən getdiyini bilmirəm. İrəvandakı iki qonşunun kadastr şəhadətnaməsini müqayisə etsək, kənarlaşmalar mümkündür. Sərhəddə belə kiçik kənarlaşmalar da mümkündür. Onların yerləşdirdikləri xəritədə sərhəd xətti 100-120 metrə qədər olan təbəqədir.
Kirants kəndinin başçısı torpaqların bizə keçdiyini deməyib, sadəcə sərhədin olduğu kimi çəkildiyini bildirib. Sərhədlərin müəyyənləşdirilməsində hansı ilin xəritəsindən istifadə olunduğunu bilmirəm, lakin həmin prosesin əsasında xəritə var".
Ağarza Elçinoğlu