Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik və 9 illik təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında uğurlu nəticələr əldə ediblər.

"Unikal" xəbər verir ki, 2023/2024-cü tədris ilində keçirilən buraxılış imtahanlarında 11 sinif şagirdlərinin 63 faizi 200 baldan yüksək nəticə göstərib. Buraxılış imtahanlarında ən yüksək nəticə isə Şəhriyar Əsədova məxsus olub. O, imtahanda mümkün 300 baldan 288 bal toplayıb. Liseyin digər şagirdləri Famil Eyvazlı 263 bal, Mirəli Alasman 256 bal, Nicat Qarayev isə 230 bal toplayıb.

9 illik təhsil səviyyəsi üzrə keçirilən imtahanlarda da liseyin şagirdləri öz yüksək nəticələri ilə seçilməyi bacarıb. Liseyin şagirdləri Fidan Məmmədova 267 bal, Vüsal Şahbuzlu 255 bal, Murad Qarayev 231 bal, Nazim Qədirov 212 bal, Gülnar İbrahimli 204 bal, Yusif İsmayılov 202 bal toplayıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 07 yanvar 1997-ci il 12 saylı əmrinə əsasən fəaliyyətə başlayan AzMİU-nun nəzdində Fizika-Riyaziyyat Təmayüllü Lisey təbiət elmləri üzrə ixtisaslaşıb VII-XI siniflər üçün nəzərdə tutulub.