Bu ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.
“Unikal” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 % azalmış, qeyri neft-qaz sektorunda isə 7,7 % artıb.
ÜDM istehsalının 40,3 %i sənaye, 9,5 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %i nəqliyyat və anbar təsərrüfatı, 6,0 %i tikinti, 3,1 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %i informasiya və rabitə sahələrinin, 20,0 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 748,1 manata bərabər olub.