Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərə qarşı dələduzluq edən Abuşov Sahil Nasir oğlu və Təhməzov İsrail Cəbrayıl oğlunun məhkəmə prosesi başlayır.
“Unikal”ın məlumatına görə, məhkəmənin hazırlıq iclası may ayının 27-də hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək. Cinayət işində Əzimov Dağıstan Şaban oğlu oğlu, Nəzərov İnqilab Dadaş oğlu və Piriyev Orxan Asəf oğlu tanınıb.
Xatırladaq ki, Sahil Abuşov 2019-cu ildə Qulu Muxtarov və Səadət Xəlilov ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdən mərmər biznesi ilə məşğul olmaq adı ilə 2 milyon manat faizə pul alıblar. Həmin məhkəmə prosesində Sahil Abuşov ifadə verərək bildirmişdi ki, faizi Tağı Əhmədov verirdi: “Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları Tağı Əhmədovdan götürürdü, sonra çıxıb bizə verirdilər”.
2022-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azər İsrafilov