Bakıda yanğına görə bağlanan yollar açılıb.

Bu barədə "Unikal"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.

*** 23:59

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.