Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən xəbərə görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.