Futbol üzrə Almaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
"Unikal" Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yulian Nagelsmann yığmaya 27 oyunçu dəvət edib.
UEFA-nın yeni reqlamentinə əsasən, yekun siyahıda 26 futbolçu olmalıdır. Odur ki, qarşıdakı günlərdə bir nəfərin heyətdən çıxarılacağı istisna edilmir.
Qapıçılar: Oliver Bauman (“Hoffenhaym”), Manuel Noyer (“Bavariya”), Aleksandr Nübel ("Ştutqart"), Andre Ter Şteqen ("Barselona", İspaniya)
Müdafiəçilər: Valdamer Anton, Maksimilian Mittelştat ("Ştutqart"), Benyamin Henriks ("Leyptsiq”), Yozua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), David Raum ("Leyptsiq"), Antonio Rüdiger ("Real Madrid”, İspaniya), Niko Şlotterbek, ("Borussiya Dortmund”), Conatan Ta ("Bayer")
Yarımmüdafiəçilər: Robert Andrix ("Bayer"), Kris Fyurix ("Ştutqart"), Paskal Qros ("Brayton", İngiltərə), İlkay Gündoğan ("Barselona"), Toni Kroos, Camal Musiala, Aleksandr Pavloviç, Leroy Sane (hamısı "Bavariya"), Florian Virts ("Bayer")
Hücumçular: Maksimilian Bayer (“Hoffenhaym”), Niklas Fülkruq ("Borussiya Dortmund”), Kay Haverts ("Arsenal", İngiltərə), Tomas Müller ("Bavariya"), Deniz Undav ("Ştutqart")
Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ev sahibləri Macarıstan, Şotlandiya və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq.