Türkiyədə Başiskeledə binalardan birinə üzərində "Allah bəlanı versin, Nurəddin" yazılmış plakat asılıb. 

"Unikal" xəbər verir ki, bu hadisə iki gündür Türkiyə gündəmini zəbt edib. 

Bəziləri Nurəddinin adi şəxs, bəziləri isə siyasi dairələrdən olduğunu iddia edib. 

Məlum olub ki, plakatı asan şəxs binanın sahibi Vəfa Salih Dəmirin qardaşı Məhəmməd Səfa Dəmir imiş. O, qarşı binada Nurəddin adlı şəxslə mübahisə etdikdən sonra binaya sözügedən plakatı asıb. 

"Bu plakatdan sonra binadakı bütün Nurəddinlər biə zəng edərək "Sizə nə etmişik?" deyə soruşurdu. Hətta keçmiş maliyyə naziri Nurəddin Nəbatinin katibəsi də zəng vurmuşdu. Məsələnin onlarla əlaqəsinin olmadığını bildirdik və dərhal plakatı çıxardım", - deyə bina sahibi qeyd edib. 

Nuranə Abbasova