Delimitasiya və demarkasiya illərin işidir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Arxivinin keçmiş direktoru, tarix elmləri doktoru Amatuni Virabyan bildirib.
"1976-cı ilin xəritələri ilə demarkasiya nəticəsində “anklavlar” adlanan ərazilər, o cümlədən Tiqranaşen (Kərki kəndi - red.), Sevan (Göyçə gölü - red.) gölünün bir hissəsi, demək olar ki, 15 faizi və Sünikin (Zəngəzur - red.) bir hissəsi Azərbaycana veriləcək. Amma ola bilsin ki, başqa şey də razılaşıblar, deyə bilmərəm", - deyə ekspert qeyd edib.
Ağarza Elçinoğlu