Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur.
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatın müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, insan alveri qurbanları arasında kişilərin sayının artması narahatedicidir:
“Ümumilikdə insan alveri qurbanları ilə bağlı ciddi mübarizə aparmaq lazımdır. Bəzən elektron sistemin inkişafının öhdəsindən gələ bilmirik. İnsan alveri qurbanları bəzən könüllü hallarda baş verir. Ölkədə son zamanlar hostel sistemi inkişaf etdiyindən biraz bu sahədə nəzarətsiz hallar müşahdə edilir. Ona görə diqqəti bura yönəltmək lazımdır. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir”.