Polis əməkdaşları axtarışda olan şəxsi hava limanında saxlayıblar.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.
O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.