İntihara cəhd edən Dilarə Zamanova xilas edilib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.
"Canlı yayımda qadının intihar cəhdinin qarşısı polis əməkdaşlarının çevik müdaxiləsi ilə alındı. Ona ilkin tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilir", - deyə DİN rəsmisi qeyd edib.
*** 18:18
Sosial media mütəxəssisi Dilarə Zamanova intihara cəhd edib.
"Unikal" xəbər verir ki, o, canlı yayım açaraq gel içib.
Onun ünvanının müəyyən edildiyi və xilas olunduğu bildirilir.