Tovuzda 3 nəfər  dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakinləri 1970-cı il təvəllüdlü Gülşən Əmrahova, onun  oğlu 2000-ci il təvəllüdlü Əmrah Əmrahov və gəlini 2004-ci il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Müayinə zamanı Gülşən Əhmədovanın öldüyü məlum olub, digər iki nəfərin isə vəziyyətinin orta ağır olduğu bildirilir.

Tural Əhmədov