30 ildın artıqdır məhkumluq həyatı yaşayan ömürlük məhkum Bayramov Rafiq Səməd oğlu xəstəliklə bağlı cəzadan olunması üçün məhkəməyə müraciət edib.
“Unikal”ın məlumatına görə, qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Rafiq Bayramovun kassasiya şikayətinə 21 may tarixində Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Rafiq Bayramov Penitensiar xidmətin Qobustan həbsxanasında cəza çəkir. O, ilk olaraq Cinayət Prosessual Məcəllənin 511-ci maddəsinə (xəstəliyə görə cəza çəkməkdən azad etmə) əsasən Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Ancaq məhkumun şikayəti təmin olunmayıb və o, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. 2-ci instansiya məhkəməsidə onun şikayətini təmin etməyib.
Azər İsrafilov