"Helikopterin axtarış əməliyyatında 2 min xilasedici cəlb olunub".

"Unikal" İran mediasına istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hava şəraitinin çox əlverişsiz və mürəkkəb bir mühitdə ağır axtarış-xilasetmə əməliyyatı həyata keçirilib:

"Çətin və yorucu idi, amma əməliyyatlarımız dayanmadı, əksinə yavaşladı. Nəhayət səhər saat 5-də helikopterin qalıqları göründü və qəzada  həlak olanlar maşınlar vasitəsilə Təbrizə yola salındı ​​və axtarış əməliyyatımız başa çatdı. Axtarış əməliyyatlarında bütün qruplardan 2 mindən çox insan iştirak edib və onların hamısı iranlı xilasedicilər olub".

Gülayə Mecid