"Cinayətkar qruplar xarici nömrələr vasitəsilə ayrı-ayrı vətəndaşlara zənglər edərək onların bank kartı məlumatlarını əldə etməklə hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər".
"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, mayın 18-19 tarixlərində vətəndaşlara aid 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb:
"Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dır, “bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, -deməklə 6500 manat pul da çıxarılıb. Digər faktlar da eyni məzmunludur. Hesabınıza kimsə pul köçürmək istəyirsə, 16 rəqəmdan əlavə məlumatları verməyin. Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz".