Ukrayna prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatır.

"Unikal" xəbər verir ki, Ukrayanada 2024-cü il martın 31-də prezident seçkiləri, mayda isə yeni dövlət başçısının andiçmə mərasimi keçirilməli idi. Amma ölkədə hərbi vəziyyətin, eləcə də səfərbərliyin olması səbəbindən səsvermə ləğv edilib. 

Zelenski bildirib ki, səsvermənin indi keçirilməsi “doğru zaman deyil”.

Amerikanın "The Washington Post" nəşri qeyd edib ki, bu vəziyyət Ukraynada demokratik əsasları sarsıda bilər.

Gülayə Mecid