İranın Təbriz şəhərində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, mərasimdə bir neçə min insan iştirak edir.

Dəfn mərasiminin İranın digər şəhərlərində də keçiriləcəyi qeyd edilir. Ölənlərin cənazələri olan tabutlar paytaxt məscidində cənazə namazı üçün Tehrana göndəriləcək. Rəisi doğulduğu Məşhəddə dəfn olunacaq.

Xatırladaq ki, mayın 19-da axşam saatlarında İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Aralarında prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı, İranda beş gün matəm elan edilib.

Gülayə Mecid