Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
"Unikal" xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanıb.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.