Azərbaycanla Rusiya arasında “Samur” – “Yaraq–Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib. 

"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Sazişin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.

Anar Kəlbiyev