Bir müddətdir birlikdə görünməyən Pelin Akil və Anıl Altan cütlüyü boşanma iddiaları ilə gündəmə gəlib. 

"Unikal" xəbər verir ki, məsələ ilə bağlı susqunluğunu pozan Pelin Akil boşanma xəbərləri ilə bağlı iddiaları təkzib edib.

Akil açıqlamasında "Mübahisələr olur, lakin hazırda boşanma kimi bir niyyətimiz yoxdur", - deyə bildirib.

Qeyd edək ki, "Arka Sıradakiler" serialında oynayarkən dostluqları sevgiyə çevrilən cütlük 2016-cı ildə ailə qurub, 2019-cu ildə əkiz qızları dünyaya gəlib. Sosial media hesablarında tez-tez səyahətləri ilə bağlı romantik fotolar paylaşaraq insanları valeh edən cütlüyün evliliyində problemlər yaşadığı iddia olunurdu.

Zərifə Nağıyeva