İngiltərənin "Çelsi" klubu baş məşqçisi Mauritsio Poçettino ilə yollarını ayırıb.

"Unikal" "The Telegraph"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Argentinalı çalışdırıcı 2023-cü ildə "zadəganlar"ın sükanı arxasına keçmişdi.

Qeyd edək ki, cari mövsüm "Çelsi" İngiltərə Premyer Liqasını 63 xalla altıncı sırada bitirib.