Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Aşağı Noxudlu kəndində "Daf" markalı yük avtomobilinin qoşqusunun 4 ədəd arxa təkəri yanıb. Qoşqunun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.