Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.

"Unikal" xəbər verir ki, bu fikri Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edən ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib. 

“O (Tramp) planet üçün təhlükədir. Trampın 2016-cı ildə bizə heç kimin puluna ehtiyacı olmadığını söyləməsindən xeyli yol qət etdik.  Tramp indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabılarını satır”, - deyə Bayden əlavə edib.

Martın sonunda,  ABŞ-də qeyd olunan Pasxa bayramı üçün Tramp, Amerikada dini ruhu dirçəltmək və onu “yenə möhtəşəm etmək” üçün İncilin nüsxələrini 60 dollara satmağa başlayıb.