Ermənistanın Taşir icmasının Saratovka qəsəbəsinin inzibati rəhbərinin qanunsuz silah dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin Lori Regional İstintaq İdarəsi məlumat yayıb.
"Saratovka qəsəbəsinin inzibati rəhbəri Qarnik Mardoyanın mənzilində və köməkçi binalarında axtarış zamanı pulemyot güllələri tapılıb", - deyə məlumatda qeyd olunub.
Cinayət işinin ibtidai istintaqı zamanı prokurorun qərarı ilə Qarnik Mardoyana qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (sursatın qanunsuz dövriyyəsi) ilə bağlı ictimai cinayət təqibi başlanıb.
Onun barəsində qətimkan tədbiri olaraq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qarnik Mardoyan "Güclü Ermənistan" Partiyasının tərəfdarıdır.
Ağarza Elçinoğlu






























.jpeg)














.jpg)



