Meksikanın Gerrero əyalətində güllələndiyi müəyyən edilən 10 nəfərin meyiti tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə əyalətin Akapulko şəhərində qeydə alınıb. 

Məlumata görə, hadisə mütəşəkkil cinayət qrupları arasında baş verib. Toqquşma nəticəsində ölən dəstə üzvlərinin meyitləri yolun kənarına atılıb. Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.

Qeyd edək ki, 2023-cü ildə Gerrero əyalətində zorakılıqlar nəticəsində 1 890 nəfər ölüb.

Zərifə Nağıyeva