ABŞ-də Maks adlı pişik ədəbiyyat elmləri doktoru fəxri dərəcəsi alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vermont Universiteti pişik Maksa fəxri ədəbiyyat doktoru dərəcəsi verib. Heyvan dörd ilə yaxındır ki, şəhərcikdə yaşayır. Bundan əlavə, heyvan həmişə abituriyentlər üçün keçirilən universitet ətrafında ekskursiyalara gedir.

Yeri gəlmişkən, Maksın Eşli Do adlı sahibi var. Do pişiyinin evdə nadir hallarda görünməsinə və demək olar ki, bütün vaxtını tələbələrlə keçirməsinə heç fikir vermədiyini açıqlayıb.