HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə də Tehrandadır. 

"Unikal" xəbər verir ki, o, Fələstin hökuməti və xalqı adından Ayətullah Xamenei və İran xalqına başsağlığı verib. Haniyə Rəisinin vida mərasimində iştirak edəcək.

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Hindistanın vitse-prezidenti Jakdeep Dhankar Hindistan rəsmilərindən ibarət nümayəndə heyətinin başçılığı ilə Tehrana  gediblər. 

"Unikal" xəbər verir ki, Rəhmon helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak edəcək. 

***10:00

Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan və  Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İrana səfər edib.  

"Unikal" xəbər verir ki, rəsmilər Tehranda İran xalqına başsağlığı vermək və helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak edəcəklər. 

Gülayə Mecid