İngiltərədə Honq-Konq casusu olmaqda ittiham edilən keçmiş donanma üzvünün meyiti tapılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Honq-Konq kəşfiyyat xidmətinin agenti olmaqda günahlandırılan Britaniya Kral Donanmasının keçmiş üzvü və Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinin əməkdaşı Metyu Triket parkda ölü tapılıb.

37 yaşlı Metyu Triket paytaxt Londonun qərbində yerləşən Maidenhead qəsəbəsində yaşayırmış. Onun ölümü ilə bağlı cinayət işi açılıb,  araşdırmalar aparılır. 

Zərifə Nağıyeva