Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin anım mərasimində 50 yüksək səviyyəli xarici nümayəndə heyəti iştirak edir. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

"Tehranda İran prezidenti və xarici işlər nazirinin anım mərasimində 50-yə yaxın yüksək səviyyəli xarici nümayəndə heyəti iştirak edir. Mərasim bu gün günortadan sonra prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbər və xarici işlər naziri vəzifəsini icra edən Əli Baqirinin iştirakı ilə keçiriləcək. Xarici iştirakçılar arasında 10-dan çox nümayəndə heyəti rəhbərlər səviyyəsində, 20-yə yaxın nümayəndə heyəti nazirlər səviyyəsində, qalanları isə müxtəlif səviyyələrdə, məsələn, parlament başçıları, xüsusi nümayəndələr və s. təşkil edir".  

Gülayə Mecid