ABŞ-nin Ayova ştatında təsirli olan tornadonun böyük dağıntılara və insan tələfatına səbəb olduğu bildirilib.

"Unikal" xəbər verir ki, qasırğa nəticəsində qəsəbədə evlər dağılıb, ağaclar uçub, bir çox avtomobillərə ziyan dəyib. 

Ayova ştatının patrul sözçüsü Aleks Dinkla keçirdiyi mətbuat konfransında, tornadonun şəhərin böyük bir hissəsini məhv etdiyi, təxminən 2 min insanın yaralandığını bildirib. Xəstəxanaya dəyən ziyan səbəbiylə yaralıların ətraf qəsəbələrdəki xəstəxanalara aparıldığı qeyd olunub.

Zərifə Nağıyeva