Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən "Unikal"a verilən məlumata görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Federasiya prezidenti Şahin Mövsümov təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib. Ardınca isə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın yeni prezidenti seçilib.
O, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.