Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi ilə vida mərasimi zamanı Tehranda izdiham yaşanıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Qırmızı Aypara Cəmiyyətinin fövqəladə hallar üzrə milli qərargahının rəhbəri Əli Şondinin sözlərinə görə, Tehran Universitetində baş tutan vida mərasimi zamanı 400-dən çox insanın halı pisləşib: "Vida mərasimi zamanı izdiham səbəbindən insanların sayı 414 nəfərə çatıb. Onlara tibbi xidmət və ambulator müalicə, o cümlədən zərdab terapiyası və s. xidmətlər göstərilib". 

Ağarza Elçinoğlu