Moskva məhkəməsi Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin keçmiş rektoru Vadim Kasyanovu 5 il müddətinə azadlıqdan məhrum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Eks-rektor cəzasını ümumi rejimli koloniyada çəkəcək. O, 25 milyon rubldan çox pul mənimsəməkdə təqsirli bilinir. 

Kasyanov 2017-2020-ci illərdə DGKU-nun rektoru olub.

Ağarza Elçinoğlu