Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub.

Mədəniyyət Nazirliyindən "Unikal"a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Vasif Qurbanzadə təyin edilib.

43 yaşlı Vasif Zahid oğlu Qurbanzadə tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ümumilikdə 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.