Hökumət Kirants sakinlərinə izaholunmaz məbləğdə pul təklif edib. 

"Unikal" xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan deyib. 

"Deyiblər ki, kağıza istədiyin məbləği yaz. Fərqli qurumlara müxtəlif adamlar çağırılıb. İnsanlara deyiblər ki, sərhəd indi buradan keçir, amma bir-iki mitinq keçirsən, bu zaman sərhəd daha da yaxınlaşacaq", - deputat qeyd edib. 

Xatırladaq ki, Kirants sakinlərinə evlərini tərk etmələri üçün iyun ayının 24-nə qədər vaxt verilib. Bundan sonra həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. 

Ağarza Elçinoğlu